AZ

Rusiyada azərbaycanlı vəkil Paşayevin saxlanılma görüntüsü yayıldı (VİDEO)

Rusiya Federasiyasının İstintaq Komitəsi Moskvada dələduzluq işi üzrə saxlanılan keçmiş vəkil Elman Paşayevlə videogörüntü nümayiş etdirib. 

Qaynarinfo xəbər verir ki, görüntülər "Telegram" kanalında yayımlanıb.

Qeyd edək ki, Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi davam edir.

Alpər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
27
qaynarinfo.az

10Mənbələr