AZ

Türkiyənin İskenderun limanı 38 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin İskenderunlimanı 38 milyon 416 min 446 ton yük qəbul edib.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyəbayrağı altında üzən 1 milyon 731 min 344 ton yük, digər ölkələrinbayraqları altında üzən gəmilərlə isə 36 milyon 685 min 102 ton yükdaşınıb.

2024-cü ilin yanvar-avqust aylarında İskenderun limanından 3milyon 842 min 658 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarınınyük dövriyyərisi 31 milyon 474 min 554 ton olub. Bu dövr ərzində dəTürkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərləyük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarındatransit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkiledib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqustaylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarındaTürkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yükdaşınıb.

Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40min 846 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altındaqəbul edilən gəmilərin sayı 3 min 535, Türkiyə bayrağı altındaqəbul edilən gəmilərin sayı isə 2 min 331 olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
20
az.trend.az

10Mənbələr