AZ

Asif Yusifli istefa verdi


AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
“Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm”, - Yusifli bildirib.
O, çıxmağının səbəbini xroniki boykot adlandırıb:
“Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”.
Seçilən
12
3
yeniavaz.com

6Mənbələr