AZ

"Toyota" Çinin BYD konserninin aqreqatlarına malik kross-liftbeki nümayiş etdirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çin Sənaye Nazirliyi "Toyota bZ3C" kross-liftbekinin görüntülərini dərc edib.
Bu barədə Oxu.Az Auto.ru-ya istinadən xəbər verir.
Model Çinin BYD konserninin elektrik güc qurğusundan istifadə edir. İstehsala "FAW-Toyota" birgə müəssisəsində dördüncü rübdə başlanılacaq.
"Toyota bZ3C" BYD konserninin aqreqatlarını əldə edib. Yeganə elektrik mühərriki 268 at gücünə malikdir və avtomobil 160 km/saata qədər sürət yığır (maksimum sürət məhdudlaşdırılıb). Litium dəmir fosfat batareyasının tutumu göstərilməyib, lakin CLTC diapazonunun 500 ilə 600 kilometr aralığında olacağı gözlənilir.
Ölçüləri 4780 x 1866 x 1510 millimetr olan krossoverdə oxlar arasında məsafə 2880 millimetr təşkil edir. Avtomobilin sürücü ilə birlikdə (standart avadanlıqla, bütün zəruri istismar materialları, məsələn, mühərrik yağı və soyuducu maye, həmçinin dolu yanacaq çəni ilə birlikdə, lakin sərnişinlər və yük olmadan) ümumi çəkisi 1920 kiloqram təşkil edir.
Modelin təkərlərinin diametri 18-21 düym olacaq. Ön şüşənin üstündə aktiv təhlükəsizlik sistemlərinin bir hissəsi kimi fəaliyyət göstərən ayrıca lidar modulu quraşdırılıb.
Modelin yalnız Çində satılacağı, yoxsa qlobal miqyasda satışa çıxarılacağı hələlik məlum deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
20
oxu.az

10Mənbələr