AZ

Ermənistanın hakim partiyasından COP29-da iştirakla bağlı AÇIQLAMA

Ermənistanın Azərbaycanda təşkil olunacaq COP29 sammitində iştirak edib-etməyəcəyini hələ deyə bilmərəm.  

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan bildirib. 

O, jurnalistin Azərbaycanda təşkil olunacaq COP29 sammitində Ermənistanın iştirak edib-etməyəcəyi sualını cavablandırarkən deyib: "Hazırda sualınıza cavabım yoxdur. Əgər belə bir inkişaf olarsa, təbii ki, biləcəksiniz. Düşünürəm ki, indi bu barədə danışmağın vaxtı deyil". 

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ("COP29") İştirakçıları Konfransının 29-cu sessiyası noyabr ayında Azərbaycanda keçiriləcək.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
43
unikal.az

10Mənbələr