AZ

"Bakı COP29-dan əvvəl göstərməlidir ki..." - Fransız nazirdən AÇIQLAMA

Şübhəsiz ki, Fransa İrəvanla Bakı arasında ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan, regiona sülh və sabitlik gətirəcək sülh müqaviləsinin tezliklə imzalanmasına yardım edir. 

"Unikal" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejourne sentyabrın 16-da İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Almatı bəyannaməsinin mənası budur. Eyni ideya 2022-ci ildə Praqada da təqdim olunub. Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilməlidir, bu, ticarəti genişləndirmək və Ermənistana firavanlıq gətirmək imkanı verəcək. Ermənistan sülh istəyir, Fransa sülh istəyir, beynəlxalq ictimaiyyət də sülh istəyir. Azərbaycan tezliklə COP29-da qonaqları qəbul edəcək, Bakı bundan əvvəl göstərməlidir ki, o, həm də sülhə can atır", - nazir nazir vurğulayıb.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
43
unikal.az

10Mənbələr