AZ

Bu gün növbədənkənar parlament seçkisinə yekun vurulacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
APA-nın xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılacaq.
Seçkinin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
31
oxu.az

10Mənbələr