AZ

Həftəsonu 51 kiloqraman yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 14-də və 15-də ümumi çəkisi 51 kiloqraman yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə klolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
8
operativmedia.az

10Mənbələr