AZ

"Mançester Siti"dən qələbə, "Liverpul" evdə uduzdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Premyer Liqasında dördüncü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, doğma meydanda "Brentford"u qəbul edən son çempion "Mançester Siti" Erlinq Holandın dublu sayəsində üç xalı qazanıb - 2:1.
Ev sahiblərinin norveçli hücumçusu tarixi nəticəyə imza atıb. O, matçda dubl etməklə Premyer Liqanın ilk dörd turunda doqquz qol vurmağı bacaran ilk futbolçu olub.
"Liverpul" ev oyununda "Nottingem Forest"lə üz-üzə gəlib. Qarşılaşma gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.
Qeyd edək ki, hazırda "Siti" 12 xalla turnir cədvəlinə başçılıq edir. "Liverpul" 9 xalla ikincidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
oxu.az

10Mənbələr