AZ

Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın Mirzəağa Əliyev küçəsində köməkçi yolla hərəkət edən sürücülər əsas yola keçmək istəyərkən qəribə mənzərə ilə rastlaşırlar.
Belə ki, yolun ortasına bir neçə yük maşını ilə qum tökülüb. Nəticədə sürücülər yollarına həmin istiqamətdə davam edə bilmirlər və bu, küçədə sıxlığa səbəb olur.
Qumun kim tərəfindən və hansı məqsədlə töküldüyü isə məlum deyil.
Qeyd edək ki, yolun sözügedən hissəsində heç bir təmir-bərpa işi aparılmır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əraziyə əməkdaşlar göndəriləcəklər. Əgər sözügedən çıxışın açılması hazırda həmin ərazidə hərəkətə edilən müvəqqəti dəyişikliyə maneə yaratmırsa, qum kütləsi qısa müddət ərzində yığışdırılacaq.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
22
oxu.az

10Mənbələr