AZ

ABŞ Ermənistanı xəritədən silmək istəyir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistan sülhdən danışa-danışa sürətlə silahlanır. Görünür ki, revanşizm xəyalları Ermənistanda hətta hazırkı iqtidarın da əsas xəyalıdır".
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.
O əlavə edib ki, Ermənistanı buna həvəsləndirən başlıca dövlətlər ABŞ olmaqla Qərb ölkələridir:
"Çünki hazırda Ermənistan Fransadan, Hindistandan gələn silahlarla yanaşı, Cənubi Koreya və Yaponiyadan da silahlar təmin etmək xəyalındadır".
T. İbrahimov vurğulayıb ki, ABŞ Rusiyaya qarşı Cənubi Qafqazda yeni bir cəbhə açmaq fikrinə düşüb:
"Bu baxımdan müxtəlif addımlar atılır. ABŞ-nin hərbi kontingenti artıq Zəngəzurdadır və burada fəaliyyət göstərir. Cənubi Koreya və Yaponiyanın da birbaşa ABŞ-nin tapşırığı ilə bu prosesə daxil olduqlarını deyə bilərik".
Ətraflı Baku TV süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
oxu.az

10Mənbələr