AZ

"Formula-1"in Bakıda keçirilməsinin önəmi: Belə tədbirlər ölkəyə nə vəd edir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünyanın ən populyar avtoidman növlərindən biri olan "Formula-1" yarışının ölkəmizdə keçirilməsi mühüm hadisədir.
Avtomobillərin şəhərin ən qədim hissəsi olan və UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən "İçərişəhər" Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr etmələri paytaxtın iqtisadi, siyasi, humanitar, idman və hərbi tədbirlərin mərkəzi rolunda çıxış etməsinə və müsbət imic formalaşdırmasına xidmət edir.
Politoloq Sahil Kərimlinin sözlərinə görə, bu kimi yarışların paytaxtda baş tutması Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və düzgün istiqamətdə çatdırılmasında mühüm əhəmiyyət daşıyır:
"Eyni zamanda ölkəmizin qonaqpərvərliyi və bu tədbirlərin keçirilməsi ilə bağlı peşəkarlığı dünyaya nümunə kimi çatdırılır."
Millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, bu kimi yarışların ölkədə təşkili yeni sərmayələrin cəlb edilməsi, həmçinin xidmət və turizm sektorunda dövriyyənin artmasına xidmət edir:
"Əldə edilən anlaşmalar növbəti dövrdə ölkəyə - qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq".
Artıq bütün dünyanın gözü Bakıdadır. "Formula-1" kimi böyük izləyici kütləsinə malik yarışın paytaxtımızda keçirilməsi Azərbaycanın idmana verdiyi diqqətin və bu missiyanın ölkəmizdə hər zaman özünü doğrultduğunun təsdiqidir.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
oxu.az

10Mənbələr