AZ

"NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır"

"NATO

Kiyevin düsturları ilə Rusiyanı danışıqlara məcbur etmək üçün NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır.

Bunu Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin deyib.

"Kiyevə hərtərəfli hərbi yardım göstərilir. Müasir silahlar faşist millətçi rejiminə ötürülür, Kiyev marionetlərini Rusiya ərazisinə hücumlara sövq edir. Kiyevin düsturları ilə Rusiyanı zorla danışıqlara məcbur etmək üçün NATO ölkələri öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırır. Bu, nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək təhlükəli oyundur” -

o, Syanşan Forumunda çıxışı zamanı deyib.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
40
xalqcebhesi.az

10Mənbələr