AZ

General Fomin: "NATO Ukraynaya qoşun yeritməyi planlaşdırır"

Rusiya Federasiyasının müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin diqqət çəkən fikirlər səsləndirib.

O, Syanşan Forumunda çıxışı zamanı bildirib ki, NATO Rusiyanı Kiyev formuluna əsasən danışıqlara məcbur etmək üçün Ukraynaya qoşun yeritmək planları hazırlayır. 

“NATO ölkələri Kiyevin formullarına uyğun olaraq Rusiyanı zorla danışıqlara məcbur etmək üçün şərait yaratmağa çalışır. Bunun üçün Ukraynaya öz qoşunlarını göndərməyi planlaşdırırlar”, - Fomin bildirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
40
news365.az

10Mənbələr