AZ

Türkiyədə nəhəng çuxur aşkarlandı: İçindən çıxanı görənlər təəccübləndilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Eskişehir bölgəsinin Çifteler rayonunda günəbaxan tarlasında 20 metrlik nəhəng çuxur əmələ gəlib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Erkan Ceylan adlı fermer tarlaya getdiyi zaman nəhəng bir çuxur görüb. 20 metrdən çox dərinliyi və 5 metr diametri olduğu təxmin edilən çuxur haqqında rayon Kənd və Meşə Təsərrüfatı İdarəsinin səlahiyyətlilərinə məlumat verilib. Tarlada və ətrafındakı ərazilərdə araşdırmalara başlanılıb. Çuxurun içində axar suyun olması isə diqqət çəkib.
"Mənim tarlam 23 hektardır. Çuxuru gördüm və qorxdum. Rəsmilərə məlumat verdik, gəlib baxdılar. Günəbaxan məhsulu mövsümü də gəlib çatıb. Əgər çuxuru görməsəydik, hətta kombaynı belə içinə çəkə bilərdi. Məhəlləmizdə ilk dəfədir ki, çuxur əmələ gəlir. Ətrafındakı əraziləri biçdikdən sonra bu çuxuru torpaqla doldurmağı planlaşdırıram" , - deyə fermer Erkan Ceylan bildirib.
Eskişehir Kənd və Meşə Təsərrüfatı İdarəsinin müdiri Ender Muhammed Gümüş bunun bölgədə məlum olan üçüncü çuxur olduğunu söyləyib.
O, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının planlı istehsal dəstəyi ilə bağlı açıqlamasını xatırladıb və bundan sonra çox su tələb edən bitkilərin əkininə nəzarət olunacağını qeyd edib.
"Yeraltı sulardan həddindən artıq istifadə edildikdə problemlər yaranacağı bölgələrdə suya məhdudiyyət qoyulacaq və planlaşdırılmış istehsal dəstəyi təmin ediləcək. Sudan qənaətlə istifadə edəcəyik, beləliklə də daha çox çuxur görməyəcəyik" , - deyə Ender Muhammed Gümüş əlavə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
46
oxu.az

10Mənbələr