AZ

Ağır yanıq xəsarətləri alan Aişənin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Üç yaşlı Aişənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Gülşən Qədirova məlumat verib.
O bildirib ki, övladı ehtiyatsızlıq səbəbindən ağır bədən xəsarətləri alıb.
"Aişənin üç yaşı var. Bir müddət əvvəl o, qaçarkən qaynar samovarı üzərinə aşırıb. Hadisə nəticəsində onun qolları və qarın hissəsi ağır şəkildə yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Bir müddət orada müalicə aldıq. Hazırda evimizə çıxmışıq. Evə çıxdıqdan sonra müalicələrimizi sizin saytın izləyicilərinin dəstəyi ilə edə bilmişik. Hazırda nə dərmanlarını, nə də mazlarını ala bilirik. Mazları istifadə etmədikcə yaraları açılır və şiddətli ağrı verir. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 614-80-71.
Kapital Bank: 4169 7388 3068 7087.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
oxu.az

10Mənbələr