AZ

Xırdalan dairəsində yolun qazılması ərazidə qəza şəraiti yaradır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı-Quba yolunun Xırdalan dairəsindən keçən hissəsində yolun ortası bir həftədən çoxdur ki, qazılıb, ancaq hələ də bərpa edilməyib.
Xezerxeber.az-ın məlumatına görə, magistral yoldan Abşeronun Xırdalan şəhərinə daxil olan küçədə aparılan qazıntı, təmir-bərpa işlərindən sonra həmin yerə asfalt örtüyü çəkilmədiyindən sürücülər üçün təhlükə yaranıb.
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, həmin ərazidə aparılan təmir-bərpa işlərindən sonra yola asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub:
"Bu, planlı şəkildə həyata keçirilməlidir. Çünki təmir-bərpadan sonra həmin yerə dərhal asfalt örtüyü çəkilərsə, yenidən çökmə hadisəsi baş verə bilər. Məhz bu səbəbdən həmin yerin asfaltlanması işi müəyyən müddətdən sonra nəzərdə tutulub. Problem qısa vaxt ərzində aradan qaldırılacaq.
Ətraflı süjetdə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
48
oxu.az

10Mənbələr