AZ

İsrail yenidən məktəbi bombaladı: 14 ölü

İsrail yenidən məktəbi bombaladı

News365.az xəbər verir ki, İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına (UNRWA) aid bir məktəbə hücumunda aralarında uşaqların da olduğu 14 nəfər ölüb, 18 nəfər yaralanıb.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, İsrail döyüş təyyarələrinin UNRWA-nın Nusayrat Qaçqınlar Düşərgəsindəki Əl-Cauni məktəbini bombaladığı bildirilib.

Hücumda uşaqlar və UNRWA əməkdaşları da daxil olmaqla 14 nəfərin həyatını itirdiyi qeyd edilib.

5 mindən çox köçkün dinc sakinin yerləşdiyi Əl-Cauni məktəbinə edilən bu hücumun “dəhşətli, amansız qırğın” olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
15
news365.az

10Mənbələr