AZ

Paşinyanın yeni nağılı: Ermənistan Rusiya sərhədçilərini ölkədən qovmaq istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, onun ölkəsində kommunikasiyaların təhlükəsizliyini xarici qüvvələr deyil, Ermənistan hərbçilərinin özləri təmin etməlidir. Bunu deyərək o, Zəngəzur dəhlizini nəzərdə tutduğunu təsdiqləyib. Halbuki ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya sərhədçilərinin üzərinə qoyulması açıq şəkildə göstərilib.
Ermənistan hakimiyyəti niyə Rusiya hərbçilərini Zəngəzur dəhlizindən sıxışdırmaq istəyir?
Bu suala news.ru cavab axtarıb.
"Paşinyan tez-tez yalana əl atır", - deyə erməni politoloq Qrant Mikaelyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə Rusiyanı Ermənistandan və bütövlükdə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq siyasətini davam etdirir. İrəvan Avropa sərhədçilərinin xeyrinə Rusiyanın mövcudluğundan imtina etməyə çalışır.
"Vaxtilə Rusiya KTMT-nin Ermənistanda missiyasını təklif etdi, lakin Paşinyan razı olması. Halbuki sonradan avropalı müşahidəçilər onları əvəz edə bildilər. Avropa İttifaqı Ermənistanın Avropa meyllərini alqışlayıb və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Xüsusilə, Aİ missiyasının Ermənistan-Türkiyə sərhədinə qədər genişləndirilə biləcəyi ilə bağlı məlumatlar var. Görünən odur ki, Paşinyan Rusiyanın mövcudluğundan xilas olmaq istəyir", - deyə Mikaelyan vurğulayıb.
"Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan qeyd edib ki, Paşinyan Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinin əleyhinədir, çünki onun Qərb tərəfdaşları qarşısında müəyyən öhdəlikləri var.
Politoloqun fikrincə, Ermənistanın baş nazirinin özü də Moskva ilə əməkdaşlıq barədə açıqlamalarında çaşqınlıq içindədir.
"Paşinyan bəzən rusiyayönlü bəyanatlar versə də, onun qərbyönlü vektoru dəyişməz olaraq qalır. Gah onun Rusiya ilə problemi yoxdur, gah da KTMT-dən çıxmağa hazırlaşır. O, özü də çaşıb, bizi də çaşdırır. Amma bir məsələ dəqiqdir: İrəvan Qərbdəki həmkarlarının göstərişi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq siyasətini davam etdirir", - Tevanyan bildirib.
Rusiya təhlükəsizlik qüvvələrinin ehtiyatda olan general-mayoru, "Rusiya Zabitləri" təşkilatının mərkəzi icraiyyə komitəsinin rəhbəri Aleksandr Mixaylov açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Ermənistanın Türkiyə və İranla sərhədindən çıxarmaq qərarına gələrsə, bunun üçün ikitərəfli danışıqlar mexanizmi lazımdır. Onun sözlərinə görə, hələlik bu barədə heç bir söhbət yoxdur və Paşinyan "sadəcə informativ səbəbləri ortaya atır".
"Rusiya bu mövzunun müzakirəsində iştirak etməlidir. Paşinyan Rusiya qoşunlarına, Rusiya sərhədçilərinə və Federal Təhlükəsizlik Xidmətinə nəzarət edə bilməz. O, yalnız jurnalistlərin diqqətini çəkə bilən Ermənistanın baş naziridir", - Mixaylov bildirib.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov açıqlamasında Zəngəzur dəhlizinin "Şimal-Cənub" gələcək beynəlxalq nəqliyyat dəhlizinin hissələrindən biri olduğunu deyib.
Onun sözlərinə görə, bu marşrutun bir qolu Rusiyanı İranın Fars körfəzindəki cənub limanları ilə, digəri isə Aralıq dənizindəki limanlarla birləşdirir.
"NATO və ABŞ-nin əsas vəzifəsi dünyada, o cümlədən Cənubi Qafqazda bütün strateji, ticarət və logistika marşrutlarına nəzarəti bərqərar etməkdir. İndi Qərb dövlətlərinin nümayəndələri Ermənistan hakimiyyəti vasitəsilə Zəngəzur dəhlizini ABŞ və NATO silahlı qüvvələrinin nəzarəti altına almaq üçün çalışırlar", - Solonnikov bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
oxu.az

10Mənbələr