AZ

Laçın sakini: Bu gün bizim ailə bayramımızdır

11 sentyabr bizim ailə bayramımızdır.

Bunu Laçından olan keçmiş məcburi köçkün, birinci Qarabağ müharibəsinin iştirakçısı Xaqani Əsədov deyib.

O, qeyd edib ki, bu gün doğmaları üçün əsl bayramdır:

“Həyatımın ən sevincli günüdür. Çünki ailəmlə birlikdə yurduma, elimə qayıdıram. Laçını 36 yaşımda tərk etməyə məcbur olmuşdum. Yurduma 69 yaşımda qayıdıram.

Bu sevincli günü bizə yaşadan Ali Baş Komandanımıza təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

“Azərbaycanın bütün məcburi köçkünlərinə bu sevinci yaşamağı arzulayıram. Bu günü böyük həsrətlə gözləyirdim. Son 4 ildə isə yuxularım da ərşə çəkilmişdi. Laçının adı çəkiləndə hisslərimi cilovlaya bilmir, kövrəlib ağlayıram”, - o əlavə edib.

Kövrələn X.Əsədov təqaüddə olmasına baxmayaraq uzun illər sonra geri qayıtdığı Laçında işləmək istəyini büruzə verib: “Mən zəhmətkeş adamam. İşsiz dayana bilmərəm. Ömrüm boyu zəhmətlə yaşamışam”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
aznews.az

10Mənbələr