AZ

“Azərkosmos” Mozambikə kosmik bilik ixrac edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Azərbaycan brendi olaraq kosmik sahə üzrə yaratdığı intellektual məhsulu bu dəfə Mozambik Administrasiyasının Kommunikasiya İnstitutunun nümayəndələrinə təqdim edib.

Bu barədə “Azərkosmos”un məlumatında bildirilir.

Məlumata görə, təlim proqramı çərçivəsində Mozambik təmsilçilərinə radiotezliklərin idarə edilməsinə dair ilkin texniki biliklər verilib, hər bir ölkə üçün xüsusi orbital mövqeyin təyin edilməsi, peyk və Yer stansiyaları üçün müvafiq ərizələrin hazırlanması prosesləri izah edilib. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının peyk məsələlərinə dair təsdiq etdiyi və hazırda qüvvədə olan qaydalar ətraflı şərh edilib.

Xatırladaq ki, Azərkosmos peyk xidmətlərindən əlavə, ötən ildən kosmik sahə üzrə biliklərin ixracına başlayıb. Radiotezliklərin idarə olunması üzrə beynəlxalq səviyyədə koordinasiyanın düzgün və strukturlu aparılması modullarını əhatə edən bu təlim proqramı Afrika, Mərkəzi Asiya və Yaxın Şərqin kosmos sahəsində inkişaf etməkdə olan ölkələrinə təqdim olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
39
banker.az

10Mənbələr