AZ

Bakıda bu gün 33 dərəcə isti olacaq

Bu gün ölkə ərazisində havanın temperaturu yüksələcək.

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 19-22° isti, gündüz 28-33° isti gözlənilir. 

Bölgələrdə də, paytaxt zonasında olduğu kimi əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış ehtimalı var.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır. 

Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

 

Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
6
bizim.media

10Mənbələr