AZ

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin ayaq izləri TAPILDI

Siyəzəndə itkin düşən gəncin axtarışları davam edir.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Atası Kamal Məlikovun sözlərinə görə, oğlu sentyabrın 6-da itkin düşüb:

"Çay kənarında ayaq izlərinə rastladıq. Sonuncu dəfə orada çimərkən görüblər. Mən işdə olmuşam, telefonla zəng etdim, cavab vermədi. Maaş kartımdan pul göndərmişdim ki, borcu varsa versin. Kartdan-karta pul göndərmişdi, dedi ki, oyunda uduzmuşam".

Qeyd edək ki, Mahmud Məlikov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
17
milli.az

10Mənbələr