AZ

Dünyanın ən böyük şirkətləri rüb ərzində rekord $606.1 mlrd. dividend ödəyib

“Janus Henderson Investors”un araşdırmasına görə, dünyanın ən böyük şirkətləri 2024-cü ilin ikinci rübündə 606.1 milyard dollar məbləğində rekord dividend ödəyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.8% çoxdur, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İkinci rübdə ödənilən dividendlərin məbləğinə görə Top 10-luq aşağıdakı kimidir:

  1. HSBC (bank, Böyük Britaniya);
  2. Nestle (qida istehsalçısı, İsveçrə);
  3. China Mobile (telekommunikasiya şirkəti, Çin);
  4. Mercedes-Benz Group (avtomobil istehsalçısı, Almaniya);
  5. Allianz (sığorta şirkəti, Almaniya);
  6. BNP Parisbank (bank, Fransa);
  7. Microsoft (proqram təminatçısı, ABŞ);
  8. Stellantis (avtomobil istehsalçısı, Hollandiya);
  9. Sanofi (əczaçılıq şirkəti, Fransa);
  10. Axa (sığorta şirkəti, Fransa).

Ən çox dividend Avropa şirkətləri ödəyib – 204.6 milyard dollar. Ümumilikdə, rekord dividendlər Fransa, İtaliya, İsveçrə və İspaniyada ödənilib. Araşdırma nəticəsində məlum olub ki, dünya üzrə şirkətlərin 92%-i dividendlərini artırıb və ya eyni saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
22
banker.az

10Mənbələr