AZ

Şimali Koreya ardıcıl beş gündür qonşusuna zibilli şarlar göndərir

Şimali Koreya beşinci gündür ki, Cənubi Koreyaya doğru zibil dolu hava şarları göndərir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Seul meriyası məlumat yayıb.

Seul iddia edir ki, KXDR-in oxşar hərəkətləri sentyabrın 4-dən bəri davam edir.

Öz növbəsində, KXDR Cənubi Koreyanın təbliğat vərəqələrinin atılmasını cavabsız qoymayacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, may ayından başlayaraq Cənubi Koreyaya KXDR-dən zibil dolu hava şarları gəlir. Bu artıq 17-ci belə hadisədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
44
milli.az

10Mənbələr