AZ

Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədr müavini Marqaritis Şinasla görüşdə İrəvan və Brüssel arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başladığını bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
"Mən şadam ki, əlaqələrimizdə nəzərəçarpacaq dəyişikliklər var: Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar başlayır. Avropa Sülh Fondu vasitəsilə Ermənistan Respublikasına dəstək vermək barədə qərar qəbul edilib və biz bunu yüksək qiymətləndiririk", - Paşinyan qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
oxu.az

10Mənbələr