AZ

Kreml İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb

Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayılan məlumatları yalan adlandırıb.

“Biz bu məlumatı görümüşük. Bu cür məlumatlar reallığa uyğun gəlmir", - deyə Kremlin sözçüsü “The Wall Street Journal”ın İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı materialı ilə bağlı sualı cavablandırıb.

Peskov vurğulayıb ki, İran Rusiyanın mühüm tərəfdaşıdır:

"Biz ticarət-iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdirir və bunu iki ölkəmizin xalqlarının maraqları naminə davam etdirəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
azpolitika.info

10Mənbələr