AZ

Ermənistan təlaşda: 25 il sonra ölkədə erməni qalmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın əhalisi növbəti 10 il ərzində 800 min nəfər azalaraq 2.2 milyona düşə bilər.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan Audit Palatasının sədri Nairi Sarkisyan məlumat verib.
"Bu templər davam edərsə, növbəti 25 il ərzində ölkədə erməni qalmayacaq", - deyə Sarkisyan bildirib.
Onun sözlərinə görə, əsas səbəblər arasında aşağı doğum əmsalı, miqrasiya və işsizlikdir.
Xüsusilə, keçən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Audit Palatasının sədri ilin sonuna qədər vətəni tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən daha yüksək ola biləcəyini istisna etmir.
Ermənistanda orta doğum əmsalı da dəyişikliyə məruz qalıb. Rəsmi olaraq o, 1.6-1.7 arasında qalır (təbii artım həddi 2.1 olduğu halda).
İşsizlik məsələsində də vəziyyət çıxılmazdır. Ölkədə 1 milyon 150 min insan sosial qayğıya ehtiyac duyur. Onlardan 204 min nəfəri işsiz, daha 960 min nəfəri isə əmək prosesində iştirak etmir (təqaüdçülər, uşaqlar, əlillər).
Sarkisyan vurğulayıb ki, bütün bunlar birlikdə ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb.
Siyahıyaalmanın ilkin məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 928 914 nəfərdir, lakin yerində olan əhalinin sayı 2 638 917 nəfərdir.
BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 min nəfər azalacağını proqnozlaşdırır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
oxu.az

10Mənbələr