AZ

Məktəb və universitetlərin ətrafında avtomobillərini qanunsuz park edənlər cərimələnəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı vətəndaşlara müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir:
"Yeni tədris ili ilə bağlı NİİM-in əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq.
Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün işıqforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi, məktəblərin və universitetlərin ətrafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
oxu.az

10Mənbələr