AZ

UEFA Millətlər Liqası: Ronaldu qol vurdu, Portuqaliya qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Portuqaliya və Şotlandiya millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun 2-ci turunun oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Lissabondakı "Da Luz" stadionunda keçirilib. Görüşün baş hakimi olaraq Maurisio Mariani (İtaliya) çıxış edib. Qarşılaşma 2:1 hesabı ilə Portuqaliya yığmasının xeyrinə başa çatıb.
Yeddinci dəqiqədə Şotlandiya millisinin yarımmüdafiəçisi Skott Maktominey hesabı açıb. Daha sonra, 54-cü dəqiqədə yarımmüdafiəçi Brunu Fernandes qapının sağ küncünə endirdiyi zərbə ilə Portuqaliyanın cavab qolunu vurub. 88-ci dəqiqədə Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu qələbə qolunu vurub.
A Liqasının 1-ci qrupunda Polşa və Xorvatiya yığmaları da iştirak edir.
Xatırladaq ki, UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir. Sonuncu püşkatmanın finalında ispanlar Xorvatiya millisini 0:0 (5:4 pen.) hesabı ilə məğlub ediblər.
İspaniya millisi, həmçinin 2024-cü il Avropa çempionatının qalibi olub və finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
9
oxu.az

10Mənbələr