AZ

Oğuzda ağır QƏZA: Ölən və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində VAZ-2107 və "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, "Mercedes"in sürücüsü Tural Lətifov və üç sərnişini isə yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
50
oxu.az

10Mənbələr