AZ

Fransa Durova qarşı 20 ildir istifadə olunmayan qanunu tətbiq edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa hakimiyyəti "Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürmək üçün ilk dəfə olaraq mesencerlərdə mesajların şifrələnməsi ilə bağlı 2004-cü ildə qəbul edilmiş qanunu istifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Fransada P.Durova qarşı altı ittiham irəli sürülüb, onlardan ikisi mesencerdə kanalların şifrlənməsi ilə bağlı ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtina və şifrələmə zamanı təsdiq edilmiş bəyannamənin olmaması ilə bağlıdır.
Qəzetin yazdığına görə, bu iki ittiham digərləri fonunda "gözlənilməz" görünür. Digər ittihamlar P.Durovu qanunsuz kontentin yayılmasında günahlandırır. Həmçinin şifrələmədən "WhatsApp", "Signal", "iMessage" də daxil olmaqla bir çox digər tətbiqlər istifadə edir. Lakin 2004-cü ildən bəri Fransa digər sosial şəbəkə nəhənglərinə qarşı şifrələnmə ilə bağlı qanunu tətbiq etməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
oxu.az

10Mənbələr