AZ

Ali Məhkəmədə Beynəlxalq Hakimlər İttifaqının Prezidenti ilə görüş keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü il sentyabrın 5-də ölkəmizdə səfərdə olan Beynəlxalq Hakimlər İttifaqının Prezidenti Duro Sessanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə Beynəlxalq Hakimlər İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Duro Sessa ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
8
oxu.az

10Mənbələr