AZ

GİKM-in Mərkəzi Aran regional nümayəndəliyi tərəfindən gənclər üçün bir sıra fəaliyyətlər icra olunub

Məqsədi Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, hərtərəfli inkişafının təmin olunması, gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə vermək olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran regional nümayəndəliyi bu məqsədi reallaşdırmaq üçün silsilə tədbirlərinə davam edir.  Avqust ayı ərzində regional nümayəndəlik və tabeliyində olan Ağdaş bölməsigənclər üçün “Təcrübə səfərləri” adlı layihə icra edib. Layihənin məqsədi gənclərin karyera yoluna dəstək vermək, müxtəlif dövlət və qeyri-dövlət qurumlarına infoturlar təşkil edərək, həmin sahə üzrə gənclərin biliklərinin artırılması, cari əmək bazarı haqqında fikirlərinin formalaşdırılmasına köməklik göstərmək, həmçinin Azərbaycanın qədim tarixi, zəfər yolunu onlara daim xatırlatmaqdır. Bu məqsədlə Tarix Diyarşünaslıq Muzeyləri, Uşaq-Gənclər İnkişaf Mərkəzi, Uşaq-Gənclər İdman və Şahmat Məktəbi, Heydər Əliyev Mərkəzləri və Yevlaxda yeni yaradılmış “Şəhid guşəsi”nə infoturlar həyata keçirilib. Layihələrdəümumilikdə 60-dan çox gəncin iştirakı təmin olunub. Yevlax gəncləri bilik və dünyagörüşlərini “Youth Energy” adlı intellektual yarışda sınayıb. Gənclərin asudə vaxtının səmərəli istifadə edilməsini hədəfləyən yarışda 4 komanda – 24 gənc iştirak edib. 3 turun yekununda qalib olan komandaya sertifikat və hədiyyələr təqdim olunub.  Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması səbəbi ilə gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn bir sıra fəaliyyətlər də icra olunub. Nümayəndəliyin Ağdaş bölməsinin təşkilatçılığı ilə ağacəkmə və “tarshtag” aksiyaları həyata keçirilib. Aksiyalarda ümumilikdə 15-dən çox gənc iştirak edib. Gənclərin ölkə və dünya gündəmi haqqında daim maarifləndirilməsi və onların sağlam düşüncəli fərdlər olaraq yetişməsinə töhfə vermək məqsədilə görüşlər, dəyirmi masalar həyata keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənc Hüquqşünaslar İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “Məişət zorakılığına qarşı hüquqi mübarizə” mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib. Görüş zamanı hüquqşünas və təlimçi gənclərə gender bərabərliyi, zorakılıq və növləri, məişət zorakılığı və onunla mübarizə aparmağın yolları haqqında ətraflı məlumat verib. Həmçinin Ağdaş gəncləri üçün “Narkomaniyaya yox deyək, gələcəyimizi qoruyaq!” mövzusunda maarifləndirici görüşlərə davam edilib. Həyata keçirilən bu layihələrdə 100-ə yaxın gənc iştirak edib. Ümumilikdə isə Mərkəzi Aran regional nümayəndəliyi və tabeliyində olan Ağdaş bölməsi avqust ayı ərzində 17 fəaliyyət icra edərək, 240 gəncin şəxsi inkişaf və karyera yoluna işıq tutub.

Seçilən
102
1
mediaxeberleri.az

2Mənbələr