AZ

"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim etdi

Yeni "Nissan Patrol" və "Nissan Armada" təqdim edilib.

Day.Az oxu.az-a istinadən bildirir ki, ABŞ-də jurnalistlərə üçüncü nəsil nəhəng "Armada", Əbu-Dabidə isə yeddinci nəsil "Patrol" təqdim olunub. Əslində bu, eyni avtomobildir, sadəcə müxtəlif ölkələrin bazarları üçün nəzərdə tutulub. Onun görünüşü radikal şəkildə dəyişib, V8 əvəzinə turbo V6 mühərriki qoyulub, lakin konstruksiyasının əsasında əvvəlki kimi qalıb: bu, bütün təkərlərin müstəqil asqısı ilə rahat yolsuzluq avtomobilidir.

"Armada" və "Patrol" modelləri Fukuokada eyni konveyerdə istehsal olunur və yalnız kiçik detallarla fərqlənirlər. Onların, həmçinin "İnfiniti" markasından premium "qardaşı" var - "QX80" yolsuzluq avtomobili.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
5
day.az

10Mənbələr