AZ

Ali Məhkəmədə Beynəlxalq Hakimlər İttifaqının Prezidenti ilə görüş keçirilib - FOTOLAR

2024-cü il sentyabrın 5-də ölkəmizdə səfərdə olan Beynəlxalq Hakimlər İttifaqının Prezidenti Duro Sessanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

Mia.az Ali Məhkəməyə istinadla xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib. 

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Duro Sessa ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
mia.az

10Mənbələr