AZ

Azərbaycan klubu braziliyalı voleybolçunu transfer etdi

Transfer çalışmalarını davam etdirən “Gəncə” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib.

Qərb təmsilçisinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, “sarı-göylər” braziliyalı voleybolçu Kerolayn Ferreira Perotto ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən oyunçu Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub. Ölkəsində isə “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
unikal.az

10Mənbələr