AZ

"Qarabağ"ın UEFA Avropa Liqasında iştirak edəcək heyəti bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ" Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Oxu.Az xəbər verir ki, yeni formatda keçiriləcək turnirin 8 matçı üçün sifariş vərəqində 24 futbolçu yer alıb.
Qapıçılar: 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;
Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;
Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Qeyd edək ki, "Qarabağ" ilk qarşılaşmasını sentyabrın 26-da İngiltərə "Tottenhem"ə qarşı keçirəcək. Ardınca Ağdam klubu evdə İsveçin "Malmö" və Niderlandın "Ayaks", səfərdə Norveçin "Bodo Qlimt" klubları ilə görüşəcək. Fransa "Lion"unu qəbul etdikdən sonra İsveçdə "Elfsborq"un qonağı olacaq Azərbaycan çempionu son iki oyununu 2025-ci ildə keçirəcək. "Qarabağ" Bakıda Rumıniyanın FCSB komandası ilə, Yunanıstanda isə "Olimpiakos"la üz-üzə gələcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
oxu.az

10Mənbələr