AZ

Keçmiş MTN generalı ilə bağlı məhkəmə QƏRAR VERDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin azadlığa buraxılması ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Qeyd edək ki, E. Quliyev məhkəməyə vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması üçün müraciət edib.
Aşağı instansiya məhkəməsi onun müraciətini təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.
E.Quliyev daha əvvəl də vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.
Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
oxu.az

10Mənbələr