AZ

“Yuventus” serbiyalı futbolçusunu Türkiyə klubuna sata bilər

İtaliya Seriya A təmsilçilərindən “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiç bir sıra klublardan gələn təklifləri rədd edib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, serbiyalı futbolçu ilə “Sauthempton”, “Ayntraxt” (Frankfurt), “Əl-Əyn” və Rusiya Premyer Liqası təmsilçiləri maraqlanıb.

Turin klubunun rəhbərliyi yaxın vaxtlarda 31 yaşlı yarımmüdafiəçini satmaqda qərarlıdır. Kostiçin karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variant “Qalatasaray” hesab edilir.

Kostiç 2022-ci ilin avqustundan “Yuventus”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin yayında başa çatır.

İngiltərə yığmasında Millətlər Liqası öncəsi 3 itki

“Nyukasl”ın müdafiəçisi Türkiyə klubu ilə anlaşıb

"Neftçi" və "Qarabağ"ın sabiq futbolçuları bir komandada

“Fənərbaxça” futbolçusunu serblərə satdı

Hummels İtaliya yolunda

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
11
apasport.az

10Mənbələr