AZ

ANAMA: Ötən ay 7135,1 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA:

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, sentyabr ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 551, tank əleyhinə 221 mina və 27 min 872 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 7135,1 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
37
azertag.az

10Mənbələr