AZ

Rusiyada hərbi məqsədlər üçün xüsusi mesencer hazırlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada hərbi məqsədlər üçün xüsusi mesencer hazırlanıb. Qeyd olunub ki, mesencer tamamilə mərkəzləşdirilməyib, serverləri və vahid verilənlər bazası yoxdur. Lakin artıq döyüş meydanında sınaqdan keçirilib və müsbət rəylər alıb.
Oxu.Az bu barədə mk.ru-ya istinadən xəbər verir.
"Loktar" könüllülər komandası taktiki xəritələri və inteqrasiya edilmiş döyüş mesencerini özündə birləşdirən proqram təminatı hazırlayıb. Bu sistem geodata mübadiləsi və taktiki vəziyyət haqqında strukturlaşdırılmış məlumatın ötürülməsinə imkan verir.
Layihənin nümayəndəsi bildirib ki, döyüş şəraitində internetə və ya serverə çıxışı olmayan mesencerin işləməsi zəruri tələbdir. O vurğulayıb ki, tərtibatçılar cihazlar arasında məlumat ötürülməsini döyüş xəttində mövcud olan rabitə vasitələri, yəni radio stansiyalar və ya radio körpülərdəki qapalı "Wi-Fi" qrupları vasitəsilə nəzərdə tutublar.
Proqram təminatı indi döyüş zonasında sınaqdan keçirilib. Mesencer artıq "Şorox" smartfon radiosuna və "Qran" radiotezlik vəziyyətini təhlil etmək funksiyasına malik smartfon radiosuna daxil edilib. Bundan əlavə, kənar cihazlara da quraşdırıla bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
oxu.az

10Mənbələr