AZ

DİN: Ötən gün 5 cinayətin üstü açılıb

DİN:

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğu üçün ümumilikdə 27, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
41
azertag.az

10Mənbələr