AZ

Peskov: "Rusiyanın da Durova sualları var idi, amma heç kim onu ​​həbs etmirdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiyanın da "Telegram"ın həmtəsisçisi Pavel Durova sualları var idi, lakin burada onu heç kim həbs etmirdi".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml. Putin" verilişinə müsahibəsində deyib və verilişdən fraqmenti jurnalist Pavel Zarubin öz "Telegram" kanalında yayımlayıb.
"Durov Rusiyada həbs olunardısa, kifayət qədər sərt reaksiya verə biləcək Avropa siyasətçilərinə Kremlin deyəcək sözü varmı?" - deyə Zarubin Peskova sual verib.
"Xeyr, mənin onlara deyəcək heç bir sözüm yoxdur. Bircə onu demək istəyirəm ki, bizdə də əlbəttə ki, suallar var idi, amma onu heç kim həbs etmirdi", - deyə prezidentin mətbuat katibi qeyd edib.
Dmitri Peskov vurğulayıb ki, terrorçular təkcə mesencerlərdən deyil, həm də avtomobillərdən istifadə edirlər, halbuki, heç kim avtomobil istehsalçılarını həbs etmir.
"Bəli, həqiqətən də, terrorçular "Telegram" şəbəkəsindən istifadə edirlər. Amma terrorçular avtomobillərdən də istifadə edirlər axı. Fransız avtomobil istehsalçısı olan "Renault" və ya "Citroen"in baş direktorunu niyə həbs etmirlər?" - deyə Kreml nümayəndəsi qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
oxu.az

10Mənbələr