AZ

Azərbaycan Premyer Liqası: Sabah qələbə qazanıb

\"Sabah\" klubu Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

AZXEBER.COM xəbər verir ki, Bakı təmsilçisi bunu V turda \"Kəpəz\"ə qarşı oyunda gerçəkləşdirib.

Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Xaliq Mərdanovun müvəqqəti rəhbərlik etdiyi komandadan qolları Viktor Braqa (10) və Lassana Ndiaye (18) vurub. \"Sabah\" komandasından isə Coy Lens Mikels (53-p. 85) və Cesse Sekidika (70) fərqlənib.

Qeyd edək ki, V tura sabah, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq \"Zirə\" - \"Qarabağ\" görüşü ilə yekun vurulacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
15
azxeber.com

10Mənbələr