AZ

"Memar Əcəmi"də sakinləri narahat edən obyektlə bağlı tədbir görüldü

Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yaşayan sakinləri narahat edən hallar polis tərəfindən aradan qaldırılıb

Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib. Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb.
Polisin həmin ərazidə keçirdiyi tədbirlərə dəstək verən sakinlərə təşəkkür edirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
ucnoqta.az

10Mənbələr