AZ

Avropa İttifaqı ölkələrinin müdafiə xərcləri 300 milyard avroya qədər artırılıb

Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra müdafiə xərclərini 200 milyard avrodan 300 milyard avroya qaldırıb.

"Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Praqada keçirilən təhlükəsizlik konfransında bəyan edib.

"Müharibənin başlanmasından bəri biz artıq bənzərsiz bir irəliləyişə nail olmuşuq. Üzv dövlətlər müdafiə xərclərini müharibədən əvvəlki 200 milyard avrodan bu il 300 milyard avroya yaxın artıblar," - deyə o qeyd edib.

Fon der Leyen-in sözlərinə görə, "Avropa İttifaqı müdafiə sənayesi də yeni reallığa addım atıb". "Biz istehsal xətləri fəaliyyətə qaytarılmışıq. Yeni sifarişlər yerləşdirmişik və bürokratik əngəlləri azaltmışıq ki, daha çox istehsal edə bilək. Lakin bu, kifayət deyil. Reallıq belədir ki, avropalılar cari təhlükəsizlik təhdidlərinə ciddi yanaşsalar belə, müdafiə sənayemizin strukturunun yenidən qurulması üçün vaxt və böyük sərmayələr tələb olunacaq," - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
30
operativmedia.az

10Mənbələr