AZ

İnvestorlar Hindistan fond bazarından üz döndərirlər

Xarici sərmayədarlar Hindistan fond bazarına sərmayə qoymağa daha az həvəsli olublar. İlin əvvəlindən xarici kapital axını 2.6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 22 milyard dollar azdır. Bu barədə “Financial Times” yazır.

Analitiklərin fikrincə, ABŞ-də dəyişən faiz dərəcələri fonunda institusional investorlar riskləri azaldır. Avqustda kapital axını 1 milyard dolları ötüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu arada, Hindistandan olan özəl investorlar yerli qiymətli kağızlara aktiv şəkildə sərmayə qoymağa davam edirlər.

“Bir çox hindlilər riskləri başa düşmürlər. Bazar korreksiyasını görməyən bütöv bir nəsil insan var, ona görə də biz onların əmanətlərini səhmlərə qoyduğunu görürük”, – “FT” mənbələrindən biri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
28
banker.az

10Mənbələr