AZ

Fəzail İbrahimli seçki təşviqatı çərçivəsində növbəti görüş keçirib – FOTO

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Bambaşı kəndində seçicilərlə görüş keçirib.

Kənd camaatı tərəfindən hərarətlə qarşılanan F.İbrahimli əvvəlcə seçicilərlə son illər Azərbaycanın əldə etdiyi uğurlar, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni yüksəliş tariximiz haqqında düşüncələrini bölüşüb.

Milli Məclisdəki fəaliyyəti haqqına danışan namizəd bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti barədə məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirib. Seçicilər adından çıxış edən Zahir Teymurov və Anar Dadaşlı kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib.

Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırdı, qaldırılan problemlərə münasibət bildirib.

Seçilən
78
3
interpress.az

4Mənbələr