AZ

Fəzail İbrahimli seçki təşviqatı çərçivəsində növbəti görüş keçirib

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Bambaşı  kəndində seçicilərlə görüş keçirib.  Kənd camaatı tərəfindən hərarətlə qarşılanan F.İbrahimli əvvəlcə seçicilərlə son illər Azərbaycanın əldə etdiyi uğurlar, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni yüksəliş tariximiz haqqında düşüncələrini bölüşdü. Daha sonra Milli Məclisdəki fəaliyyəti haqqına danışan namizəd  bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb.  Seçicilərin yüksək diqqət və səmimiyyəti ilə keçən görüşdə Fəzail İbrahimli özünün deputat fəaliyyəti haqda məlumat vermiş və millət vəkili seçiləcəyi halda yenə də seçicilərin yanında olacağını, problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldıracağını bildirib. Seçicilər adından çıxış edən Zahir teymurov, Dadaşlı Anar kənd sakinlərinin 1 sentyabr seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini deyib. Tədbirin sonunda F.İbrahimli seçicilərin suallarını cavablandırdı, qaldırılan problemlərə münasibət bildirib. Short URL: https://www.cumhuriyyet.net/?p=203341

Seçilən
118
3
cumhuriyyet.net

4Mənbələr